-
- 13-07-2023, 21:45
- 229
Keniyada etirazlar zamanı 9 nəfər ölüb
Keniyanın bir sıra şəhərlərində qiymət artımına qarşı küçirilən iğtişaşlar zamanı ölənlərin sayı 9 nəfərə çatıb.
News24.az xəbər verir ki, bu barədə "Agence France-Presse" Keniyanın müstəqil Milli İnsan Haqları Komissiyasına istinadən məlumat yayıb.
Bildirilib ki, dörd nəfər Keniyanın paytaxtı Nayrobi yaxınlığındakı Mlolonqo şəhərində, qalanları isə ölkənin digər bölgələrində həlak olub.
Yaralılar arasında təhlükəsizlik qüvvələri də var.
Polis iğtişaşlarda iştirak edən 312 nəfəri saxlayıb.
Səlahiyyətlilər daha əvvəl yeddi nəfərin öldüyünü bildirmişdilər.