Gecə yatmaq, səhər qalxmaq bilməyənlərin nəzərinə! - Xəbərdarlıq edildi
    • 8-07-2024, 21:54
    • 426

Gecə yatmaq, səhər qalxmaq bilməyənlərin nəzərinə! - Xəbərdarlıq edildi

Mütəxəssislər düzgün yuxu rejimi olmayanlara xəbərdarlıq ediblər.

News24.az medicina.az-a istinadən bildirir ki, gecə əvəzinə gündüzlər yatmağa üstünlük verənlər böyük təhlükə altındadırlar.

"Psychiatry Research" jurnalında dərc edilən araşdırmaya görə, gecə saatlarında yatmamaq depressiya və təşviş pozuntusu kimi hallarının inkişaf riskini artırır. Yuxusuzluq psix vəi davranış pozğunluqlarına səbəb olur.

Gecə yarısından sonra oyaq qalmaq impulsiv və zərərli davranış riskinizi artıra bilər.

Bildirilib ki, gec saatlara qədər oyaq qalan insanlar səhər beyinlərinin düzgün işləmədiyini bilirlər, ona görə də əhəmiyyətli qərar verəcəklərsə, bunu təxirə salırlar.

Tədqiqatçılar bir insanın sağlam yaşaması üçün gecə 7-9 saat yatma olduğuna diqqət çəkiblər.

Gecələr yatmayanlardan fərqli olaraq vaxtında yatıb günəşlə oyanan insanların ən yaxşı psixi sağlamlığa sahib olduğu müəyyən edilib.