Sumqayıtda 3 fəhlə qazdan zəhərləndi
    • 9-07-2024, 08:45
    • 159

Sumqayıtda 3 fəhlə qazdan zəhərləndi


Sumqayıtda 3 fəhlə qazdan zəhərlənib.

News24.az Report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən istehsalat müəssisələrinin birində qeydə alınıb.

Belə ki, Sumqayıt sakinləri: - 1989-cu il təvəllüdlü Heydərov Rəşad Şahvələd oğlu, 1992-ci il təvəllüdlü Talıbov Valeh Balaş oğlu və Lerik rayon sakini, 1989-cu il təvəllüdlü Talıbov Anar Mütəllim oğlu işlədikləri istehsalat qazından zəhərləniblər.

Onlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.