Süni intellekt təkamül sualına cavab tapdı: 150 illik mübahisə bitdi?
    • 9-07-2024, 08:54
    • 215

Süni intellekt təkamül sualına cavab tapdı: 150 illik mübahisə bitdi?

Təkamül nəzəriyyəsinin baniləri quşların, kəpənəklərin rəng və naxışlarının müxtəlifliyinin səbəbi haqqında fərqli fikirlərə sahib olublar. 1800-cü illərdə başlayan bu münaqişə elm dünyasını iki yerə bölür.

News24.az xəbər verir ki, məşhur bioloq və təbiətşünas Çarlz Darvin kəpənəklərin rəng və naxışlarında görünən müxtəlifliyin cinsi seleksiyadan qaynaqlandığını müdafiə edərək, erkəklərdəki müxtəlifliyin daha çox olduğunu bildirib. Buna səbəbin dişilərin erkəyin xarici görünüşünə görə cüt seçdiklərini söyləyib.

Onun müasir rəqibi, təbiətşünas coğrafiyaşünas Alfred Russel Vallace bununla razılaşmır və daha geniş təbii seçmənin də mühüm rol oynadığını proqnozlaşdırır.

Qeyd edək ki, təkamülün əsas mexanizmlərindən biri olan təbii seleksiya canlıların yaşadıqları mühitə daha yaxşı uyğunlaşması və fərqlilikləri səbəbiylə həyatda qalması və ya bunu bacara bilməyib məhv olması deməkdir.

Bazar ertəsi günü bir jurnalda dərc edilən araşdırma ilə 19-cu əsrdə başlayan mübahisələr həll olunub.

Araşdırma çərçivəsində bir çox quş qanadlı kəpənək növünə aid ən az 16 min görünüş araşdırılıb. Bu kəpənəklər heyrətamiz görünüşləri ilə yanaşı, erkək və dişilər arasındakı fərqlərə görə seçilib.

SÜNİ İNTELLEKT TƏHLİL  ETDİ

Tədqiqatçılar süni intellektin köməyi ilə kəpənəklərin qanad formalarını, rənglərini və naxışlarını təhlil ediblər. Tədqiqatın məsul müəllifi Dr. Cennifer Kathill, "Biz ilk dəfə olaraq, müxtəlif bioloji qruplarda və həm erkəklər, həm də dişilər arasında nə qədər müxtəlifliyin olduğunu yoxlamaq üçün təkamülün görünən ölçülərini hesablaya bilərik" deyib.

Maşın öyrənmənin bioloji müxtəlifliyi yaradan və qoruyan təkamül prosesləri, o cümlədən indiyə qədər diqqətdən kənarda qalan qruplar (dişilər) haqqında yeni məlumatlar verdiyini ifadə edən Kathill, “Bu canlıların erkəklərindəki müxtəliflik daha aydın göründüyü üçün, daha az araşdırma aparılır”.

ERKƏKLƏRİN MÜXTƏLİF NAXIŞLARI VAR

Alimlər təhlillər nəticəsində erkəklərin ümumiyyətlə müxtəlif forma və naxışlara malik olduğunu görüblər. Ancaq həm erkəklərin, həm də dişilərin ümumi müxtəlifliyə töhfə verdiyi aşkar edilib.

ONLARIN İKİSİ DƏ HAQLI İDİ

Birinci tapıntı Darvinin haqlı olduğunu, ikincisi isə Uollesin haqlı olduğunu sübut edir. Dr. "Erkək kəpənəklər arasında görünən yüksək müxtəliflik səviyyəsi, Darvinin ilk dəfə irəli sürdüyü kimi, dişi cüt seçilməsi nəticəsində yaranan cinsi seçmənin real dünyada erkək müxtəlifliyi üzərində mühüm yer tutduğu fikrini dəstəkləyir" deyib.

O, qeyd edib ki, dişi kəpənəklərin öz növlərinin erkəklərinə nisbətən daha çox fərqli görünüşə malik olduğu hallar da qeydə alınıb. Bu nümunələr, Vallace tərəfindən təklif edildiyi kimi, təbii seçmənin növlər içərisində dişi müxtəlifliyində mühüm rol oynadığı fikrini dəstəkləyir.

Günel Məlikzadə