Bayden:
    • 9-07-2024, 11:51
    • 239

Bayden: "Mən heç yerə getmirəm"

ABŞ prezidenti Co Bayden dünən demokratlara məktub göndərərək prezidentliyə namizəd olmaqda qərarlı olduğunu vurğulayıb.

News24.az xəbər verir ki, o, prezidentliyə namizəd kimi demokratlar tərəfindən irəli sürüldüyünü vurğulayıb. O, başqa cür etməyin demokratiyaya hörmətsizlik olacağını müdafiə edib.

Noyabrda keçiriləcək prezident seçkilərində Trampı məğlub etməkdə qərarlı olduğunu bildirən Bayden, "Trampı məğlub edəcək ən yaxşı namizəd olduğuma inanmasaydım, heç vaxt namizəd olmazdım" deyib.

Qeyd edək ki, Bayden MSNBC-də yayımlanan Morning Joe proqramı ilə də telefonla danışıb. “Mən heç yerə getməyəcəyəm” bir daha təkrarlayıb.

Amerika prezidenti onun geri çəkilməsini istəyənlərə də müraciət edib. O, onlardan Demokrat Partiyasının avqustda keçiriləcək qurultayında ona etiraz etmələrini xahiş edib.

Günel Məlikzadə