-
- 5-07-2024, 12:41
- 355
Co Bayden: Mən heç yerə getmirəm
ABŞ prezidenti Co Baydenin 2024-cü il seçki yarışından geri çəkilmək çağırışlarına baxmayaraq, onun namizəd olacağı Ağ Ev tərəfindən açıqlanıb.
News24.az xəbər verir ki, Bayden Ağ Evdə keçirilən Müstəqillik Günü şənliyində açıqlamalar verib.
"Mən heç bir yerə getmirəm"
81 yaşlı prezident ona döyüşməyə davam etməsini söyləyən tərəfdarına cavab olaraq "Sən məni başa düşdün. Mən heç yerə getməyəcəyəm" deyib.
Qeyd edək ki, Co Bayden başqa bir prezidentliyə namizəd Donald Trampla qatıldığı proqramdakı debat performansına görə şiddətli tənqidlərə məruz qalıb.
Virciniya ştatında seçki kampaniyası zamanı çıxış edən Bayden respublikaçı rəqibi, keçmiş prezident Donald Trampla debatının yaxşı getmədiyini etiraf edib.
Onu da bildirək ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.
Günel Məlikzadə