-
- 9-07-2024, 12:25
- 236
Elton Con işə düşdü!
Nitsadakı butikin sahibi Rayan Sukkar 77 yaşlı müğənni Elton Conun öz mağazasında tualet ehtiyacını ödədiyini bildirib.
News24.az OLAY-a istinadla yazır ki, bu barədə TMZ məlumat yayıb.
Sukkar məşhur sənətçinin hərəkətindən şoka düşdüyünü və üzüldüyünü etiraf edib. Sahibkarın deyib ki, o, 3 illik işində ilk dəfə idi ki, belə şey görüb.
Qeyd olunur ki, Elton Con iyulun 8-i günorta saatlarında Nitsada idman ayaqqabısı mağazasına baş çəkib. İfaçı məkandakı şəxslərdən yaxınlıqda ictimai tualetin olub-olmadığını soruşub. Ona “yox” cavabı veriblər. Daha sonra britaniyalı musiqiçi mühafizəçisindən butulka istəyib, müştərilərdən bir neçə addım uzaqlaşıb və tualet ehtiyacını ödəyəndən sonra Con butikin xalçasına təsadüfən düşmüş sidiyi təmizləmək üçün dəsmal istəyib.