76 yaşlı Elton Condan VİDA
    • 2-05-2023, 12:49
    • 348

76 yaşlı Elton Condan VİDA

76 yaşlı britaniyalı müğənni Elton Con 50 ildən çox davam edən musiqi karyerasına son qoymaq qərarına gəlib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, sonuncu dünya turnesi ilə pərəstişkarlarının qarşısına çıxan məşhur musiqiçi iyulun 8-də İsveçin Stokholm şəhərindəki konsertindən sonra bir daha qastrol səfərinə getməyəcəyini təsdiqləyib.

Konsertlərə görə övladlarından uzaq qaldığını açıqlayan E.Con, artıq yorulduğunu bildirib. 

Buna baxmaraq, ifaçı səhnə fəaliyyətini dayandırsa da, layihələrinin təbliği ilə bağlı şoulara qatılacağını vurğulayıb.