-
- 9-07-2024, 15:46
- 456
Rusiyanın büdcə gəlirləri artdı
Rusiya Maliyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada ölkədə büdcə gəlirləri və xərcləri ilə bağlı məlumatlar yer alıb.
News24.az xəbər verir ki, ilin ilk altı ayında qeyri-neft və təbii qaz gəlirləri əvvəlki ilə nisbətən 26,6 faiz artaraq 11,3 milyard rubla, neft və təbii qaz gəlirləri isə 68,5 faiz artaraq 5,7 milyard rubla çatıb.
Açıqlamada qeyd olunub ki, sözügedən dövrdə büdcə gəlirlərinin cəmi 38 faiz artaraq 17 milyard rubl, büdcə kəsirinin ÜDM-ə nisbəti isə iyun ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 bənd azalaraq 0,5 faiz təşkil edib.
Açıqlamada əsas neft və təbii qazdan başqa gəlir mənbələrində müsbət, sabit kursun olduğu və ilin sonuna qədər bu maddələrdən daxilolmaların artacağının gözlənildiyi bildirilib.
Qeyd edək ki, Rusiyada 2023-cü ildə büdcənin 3,24 trilyon rubl kəsiri olduğu təxmin edilir.
Günel Məlikzadə