-
- 9-07-2024, 21:23
- 1 216
Vanqanın dünyanın sonu ilə bağlı YENİ PROQNOZU üzə çıxdı: 2025-ci ildə…
“Balkanların Nostradamusu” kimi tanınan Baba Vanqanın kəhanətlərinə görə dünyanın sonu gəlib çatıb.
News24.az Medianews.az-a istinadən xəbər verir ki, uşaqlıqda görmə qabiliyyətini itirməsinə baxmayaraq, yaxın gələcəkdə baş verəcək hadisələri proqnozlaşdırmaqla dünya miqyasında şöhrət qazanan Vanqa 11 sentyabr hadisələri də daxil olmaqla, bir çox hadisələri proqnozlaşdırmışdı.
Baba Vanqa 1996-cı ildə vəfat etməmişdən əvvəl dünyanın 5079-cu ildə sonunun olacağını proqnozlaşdırmışdı.
Ancaq bu, çox uzaq bir ehtimal kimi görünsə də, dünyanın çöküşü 2025-ci ildə başlayacaq. Vanqanın proqnozlarına görə, Avropada 2025-ci ildə qitə əhalisinin kütləvi azalması olacaq. İddia olunurdu ki, Vanqanın kəhanətlərinə görə, böyük bir qarşıdurma baş verəcək.
Bu münaqişələrdən sonra dünyanın sonu gələcək.