Aclıq, quraqlıq, özüylə ölüm gətirəcək hücum... – Vanqanın 2022-ci il proqnozu
    • 13-06-2022, 23:33
    • 314

Aclıq, quraqlıq, özüylə ölüm gətirəcək hücum... – Vanqanın 2022-ci il proqnozu

Bolqar kahin Vanqa bu dəfə illər əvvəl 2022-ci il üçün verdiyi proqnozla gündəmdədir.

Vanqa 2022-ci ildə bir çox təbii fəlakətin baş verəcəyini və ölümlərin artacağını təxmin edib.

Onun iddiasına görə, bu il yadplanetlilər insanlarla ünsiyyət qurmağa çalışacaqlar. Həyat axtarmaq üçün Yer kürəsinə meteoritlər göndərəcəklər.

Vanqanın ən qorxunc proqnozlarından biri də dünyada yeni ölümcül virusun yayılacağı ilə bağlıdır. Bolqar kahin bu il dünyanın ikinci ölümcül virusla sarsılacağını iddia edib.

Başqa bir qorxulu kəhanət isə su böhranının da bu ildə başlayacağı və böyük dövlətlərin həll yolu tapmaq üçün hərəkətə keçəcəyi ilə əlaqədardır.
Vanqanın 2022-ci il üçün proqnozlaşdırdığı fəlakətlərdən biri də aclıq və quraqlıqdır. /Teleqraf.com/