"Onlar məni pis əməllərə yönəldirdi" - Elnur Valehin ölümü ilə bağlı DETALLAR
    • 9-07-2024, 17:47
    • 278

"Onlar məni pis əməllərə yönəldirdi" - Elnur Valehin ölümü ilə bağlı DETALLAR

Xəbər verdiyimiz kimi, meyxanaçı Elnur Valeh dünən gecə saatlarında vəfat edib.

News24.az Sfera.az-a istinadən xəbər verir ki, onun ölümündən sonra Dünya Televiziyasında yayımlanan "İBO ŞOU" verilişində dedikləri gündəm olub.

O bildirib ki, həyatda özünə özündən çox düşmənçilik edən olmayıb.

"Harasa gedəndə ən pis adamları tapırdım. Onlar da məni pis əməllərə yönəldirdi. Bu da mənim səhhətimi daha da pisləşdirdi. İndi isə hara getsəm, yaxşıları axtarıram. 15 ildir ailəliyəm və 9-da oxuyan qızım var. Adı Əzizədir".

Qeyd edək ki, meyxanaçı uzun müddətdir şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkib.