Meyxanaçı Elnur Valeh vəfat etdi -  FOTO
    • 9-07-2024, 08:13
    • 3 038

Meyxanaçı Elnur Valeh vəfat etdi -  FOTO

Bir neçə gün öncə komaya düşən tanınmış meyxanaçı Elnur Valeh vəfat edib.

News24.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Qeyd edək ki, meyxanaçı 16 ildir şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkir, dializ müalicəsi alırdı.

Onun bir neçə gün öncə toydan çıxarkən halı pisləşib və komaya düşüb.