Amerika Kubokunun ilk finalçısı - Argentina
    • 10-07-2024, 09:11
    • 295

Amerika Kubokunun ilk finalçısı - Argentina

Argentina Amerika kubokunun yarımfinalında Julian Alvares və Lionel Messinin qolları ilə Kanadanı 2:0 hesabı ilə məğlub edərək, finala yüksələn ilk komanda olub.

News24.az xəbər verir ki, Argentina 16-cı Amerika Kuboku çempionatının yarımfinal mərhələsinin digər oyununda sabah gecə saat 04.00-da Uruqvay-Kolumbiya matçının qalibi ilə qarşılaşacaq.

Lionel Messi 51-ci dəqiqədə vurduğu qolla qol sayını 109-a çatdıraraq, Ali Daei ilə bərabərliyi qıraraq beynəlxalq kişilər arasında qol vuranlar siyahısında ikinci yerə yüksəlib.

Qeyd eedək ki, Cristiano Ronaldo 130 qolla beynəlxalq kişilər arasında bombardirlər siyahısında birinci yerdədir.

Günel Məlikzadə