Lionel Messidən maraqlı ADDIM
    • 28-12-2022, 16:30
    • 207

Lionel Messidən maraqlı ADDIM

Argentina millisinin üzvü Lionel Messi Milad bayramı üçün flaş hərəkət edib.

News24.az xəbər verir ki, yeni ilə Dünya Kuboku çempionu kimi girən Lionel Messi 2023-cü ildən əvvəl futbolçulara hədiyyələr yollayıb. Dünyaca məşhur olan ulduz 2005-ci ildən qol vurduğu 160 qapıçıya hədiyyələr göndərib. Məlumatda bildirilib ki, Messi qapıçılara onlara vurduğu qolun sayı qədər içki göndərib. Hücumçunun Dieqo Alveşə 21, İker Kasilyasa 17 Tibau Kurtuaya isə 9 qab içki göndərdiyi qeyd olunub. 

Qeyd edək ki, Messini hədiyyə göndərdiyi qapıçıların 13-ü hazırda İngiltərə Premyerliqasında oynayır.

Xatırladaq ki, 2022-ci ildə Qətərin ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının finalında Argentina və Fransa milliləri üz-üzə gəlib. Əlavə vaxta qədər davam edən qarşılaşma 3:3 hesablı bərabərliklə yekunlaşıb və penaltilər seriyasında Argentina qalib gəlib. Cənubi Amerika yığmasında qələbədə gündəmə gələn ad isə komandanın kapitanı Lionel Messi olub.

Aynurə