Argentina Amerika kubokunun yarımfinalına yüksəldi
    • 5-07-2024, 13:12
    • 295

Argentina Amerika kubokunun yarımfinalına yüksəldi

Argentina Ekvadoru penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edərək Amerika Kubokunun yarımfinalına yüksəlib.

News24.az xəbər verir ki, 35-ci dəqiqədə Messinin çıxardığı küncdən zərbəni Aleksis Mak Allister Lisandro Martinesə başla vuraraq Argentinanı 1:0 önə keçirib.

Ekvadorun kapitanı Enner Valensiya penalti zərbəsini dirəyə vuraraq fürsətdən istifadə edə bilməyib.

Kevin Rodriges əlavə vaxtda qol vurduqdan sonra matç penaltilərə qədər gedib.

Qeyd edək ki, Amerika Kubokunun seçmə oyunlarında finaldan başqa əlavə vaxt yoxdur.

Bildirək ki, Argentina yarımfinalda Venesuela və ya Kanada ilə qarşılaşacaq.

Günel Məlikzadə