Şəhid Usubəli Qarayevlə vida mərasimi keçirildi - FOTOlar
    • 10-07-2024, 11:12
    • 251

Şəhid Usubəli Qarayevlə vida mərasimi keçirildi - FOTOlar

Qalıqları Xocalı rayonunun Dəhraz kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Usubəli Süleyman oğlu Qarayevin nəşi Abşeron rayonuna gətirilib.

News24.az “Report”a istinadla bildirir ki, şəhidin nəşi “Ceyranbatan bağları” yaşayış massivində ailəsinə təhvil verilib.

Qəsəbədə şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Usubəli Süleyman oğlu Qarayev 1961-ci il iyunun 1-də anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalının Dəhraz kəndində itkin düşüb.

U.Qarayev iyulun 11-də Xocalı şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.