Paşinyana meydan oxudu: “Seçkiləri gözləməyəcəyik”
    • 10-07-2024, 20:42
    • 179

Paşinyana meydan oxudu: “Seçkiləri gözləməyəcəyik”

Keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi revanşist “Vətən naminə Tavuş” Hərəkatı payızda yenidən küçə aksiyalarını davam etdirəcək.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Baqrat sentyabrın 2-dən hakimiyyət dəyişikliyi tələbi ilə mitinq və etiraz aksiyalarına başlamağı planlaşdırır. Erməni nəşri bildirir ki, keçiş bu günlərdə müxtəlif siyasi qüvvələr və digər sferaların nümayəndələri ilə fəal görüşlər keçirir, müzakirələr aparır, hərəkatın formatı və nə etməli olduğu ilə bağlı məsələləri müzakirə edir.

“Baqrat həm yaxın çevrəsində, həm də siyasi qüvvələrlə görüşləri zamanı 2026-cı ildə keçiriləcək növbəti seçkiləri gözləməyəcəyini bildirib, çünki vəziyyət günbəgün mürəkkəbləşir”, - məlumatda deyilir.

Baqrat Qalstanyan Nikol Paşinyan hökumətini erkən seçkilərə getməsi üçün hər şeyi edəcəyini deyib.