Əhali hər gün içki və siqaretə nə qədər pul xərcləyir? - STATİSTİKA
    • 10-07-2024, 21:09
    • 587

Əhali hər gün içki və siqaretə nə qədər pul xərcləyir? - STATİSTİKA

Azərbaycan əhalisi 2024-cü ilin ilk 6 ayı ərzində içkilərə və tütün məmulatlarına 1 milyard 260 milyon manat pul xərcləyib.

News24.az Sfera.az-a istinadla xəbər verir ki, bu ilin 6 ayında içkilərə və tütün məmulatlarına xərclənən vəsaitin həcmi 90 milyon manat, yəni 7,7 faiz artıb.

Bu məlumatlardan aydın olur ki, əhali siqaretə və içkilərə hər ay 210 milyon manat, hər gün isə təxminən 7 milyon manat xərcləyib. Əhalinin bu növ xərcləri böyüklüyünə görə ən böyük xərclərdən biridir.

Müqayisə üçün bildirək ki, əhali elektrik mallara və mebellərə 1,22 milyard manat, əczaçılıq məhsulları və tibbi ləvazimatlara 625 milyon manat, kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarına 273 milyon manat xərcləyib.