-
- 7-12-2023, 14:55
- 264
Gələn il seçkilərə bu qədər vəsait XƏRCLƏNƏCƏK
2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 110,9 milyon manatı və yaxud 0,3 %-i seçkilərin keçirilməsi və statistika tədbirləri xərclərinin payına düşəcək.
News24.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Qanununda bildirilib.
Seçkilərin keçirilməsi və statistika tədbirləri xərcləri ümumi dövlət xidməti xərclərinin 2,3 %-ni təşkil edəcək.
Xatırladaq ki, gələn il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat, kəsiri 2 milyard 590 milyon manat, icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri 3 milyard 379 milyon manat məbləğlərində müəyyən edilib.