Türkiyədə yüzlərlə insan sudan zəhərləndi
    • 10-07-2024, 14:30
    • 250

Türkiyədə yüzlərlə insan sudan zəhərləndi

Türkiyənin Hatay vilayətində 236 nəfər qarın ağrısı və ishal şikayətləri ilə xəstəxanaya müraciət edib.

News24.az medicina.az-a istinadən xəbər verir ki, Arsuz rayonunun 3 məhəlləsindən - Tatarlı, Işıklı ve Konacıkdan olan həmin şəxslərin sudan zəhərləndikləri ehtimal edilir.

Belə ki, ötən gün onların dağdan çıxan suyu içdikləri məlum olub.

Müalicəsi başa çatan şəxslər evə buraxılıblar, 4 nəfərin (iki hamilə qadın və iki uşaq) isə Arsuz Dövlət Xəstəxanasında müalicəsi davam etdirilir.

Səlahiyyətlilərin tapşırığına əsasən, artıq həmin sudan nümunələr götürülüb. İnsanları nəyin xəstəxanalıq etdiyini tapmaq üçün araşdırmalar aparılır.