Məşhur aktyor reanimasiyaya yerləşdirildi - FOTO
    • 10-07-2024, 15:00
    • 598

Məşhur aktyor reanimasiyaya yerləşdirildi - FOTO

"Yeşilçam"ın usta aktyorlarından olan Kadir İnanırın (75) ağciyərində yüngül infeksiya olduğu üçün Yeditepe Universiteti Koşuyolu Xəstəxanasında reanimasiyaya aparıldığı öyrənilib.

News24.az xəbər verir ki, ustad aktyorun ömür-gün yoldaşı Juride Kural açıqlamasında böyük bir narahatlıq və ya intubasiya olmadığını bildirib.

Kural: “Fizioterapiya mərkəzində müalicə davam edirdi, ancaq ağciyərində yüngül infeksiya olduğu üçün xəstəxanaya qayıtdıq. Üçüncü gündür ki, ehtiyat tədbiri olaraq reanimasiyadayıq" dedi.

Günel Məlikzadə