-
- 10-07-2024, 15:33
- 389
Rahat və müntəzəm yuxunun yolu
İngiltərədəki tədqiqatçılar aşkar ediblər ki, pula qənaət insanların rahat və müntəzəm yatmasına kömək edir.
News24.az xəbər verir ki, İngiltərədəki Bristol Universitetinin Şəxsi Maliyyə Araşdırma Mərkəzinin apardığı tədqiqatda pula qənaət etməyin həyat keyfiyyətini yaxşılaşdırdığı qənaətinə gəlinib.
Araşdırmada insanların "Mənim qıraqda pulum var" ideyası ilə daha optimist olduqları bildirilib və pula qənaət edən aztəminatlı insanların qənaət etməyən varlılarla eyni dərəcədə razı qaldıqları vurğulanıb.
Araşdırma zamanı bildirilib ki, pula qənaət etmək müasir dövrdə çətindir və hər 10 nəfərdən 6-nın pula qənaət etmək vərdişi var.
Məryəm İlhamqızı