Yeni dini qanun: Satanistlər məktəblərə girə biləcək?
    • 10-07-2024, 16:06
    • 294

Yeni dini qanun: Satanistlər məktəblərə girə biləcək?

ABŞ-ın Florida ştatında məktəblərdə dini təhsilin gücləndirilməsi məqsədilə “şagirdlərə əlavə kənar məsləhət və dəstək” nəzərdə tutan yeni qanun layihəsi təsdiqlənib. Qanun qəbul edildikdən sonra satanist qruplar məktəblərdə boş qalan təlimatçı kvotalarını könüllü olaraq doldurmağa başlayıblar.

News24.az xəbər verir ki, Florida qubernatoru Ron DeSantis təhsildə daha çox dini təhsil tələb edən yeni qanunu təsdiqləyib. Qanun qəbul edildikdən sonra satanistlər Florida ştatındakı məktəblərdəki boş yerləri könüllü olaraq doldurmağa başladılar.

Keçən həftə qüvvəyə minən ştat qanunu kadr çatışmazlığını aradan qaldırmaq üçün dini qruplar da daxil olmaqla “tələbələrə əlavə kənar məsləhət və dəstək” verməyə imkan verir.

Qanun din xadimlərinin dövlət məktəblərində məsləhətçi kimi xidmət etmələrinə yol açdı, çünki daha çox dövlət xristianlığı dövlət məktəblərində yerləşdirməyi hədəfləyir.

Florida qubernatoru DeSantis isə satanizmin "din olmadığını" müdafiə edərək, onun ardıcıllarının proqramda iştirakına icazə verilməməsi lazım olduğunu bildirib.

Günel Məlikzadə