Floridada fövqəladə vəziyyət elan edildi
    • 13-06-2024, 16:26
    • 168

Floridada fövqəladə vəziyyət elan edildi

ABŞ-ın cənubunda Florida ştatında son günlər təsirli olan güclü yağışlar daşqınlara səbəb olub. Küçə və prospektlər gölə çevrilərkən, avtomobillər su altında qalıb.

News24.az xəbər verir ki, Mayami Beynəlxalq Hava Limanında və Fort Lauderdale-Hollywood Beynəlxalq Hava Limanında 1200-dən çox uçuş dayandırılıb.

Florida qubernatoru Ron DeSantis verdiyi açıqlamada Broward, Collier, Li, Mayami-Dade və Sarasota üçün fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

Milli Meteoroloji Xidmət ştatda güclü yağışların davam edəcəyi barədə xəbərdarlıq edib.

Günel Məlikzadə