İcra başçısından töhmət alması haqda xəbərlə bağlı AÇIQLAMA
    • 10-07-2024, 17:14
    • 419

İcra başçısından töhmət alması haqda xəbərlə bağlı AÇIQLAMA

Bərdənin İcra Hakimiyyətinin başçısı Vidadi İsayevə töhmət verilməsi ilə bağlı xəbərlər yayılıb.

İddialara görə, buna səbəb icra başçısının rayonda qanunsuz tikililərə göz yummasıdır.

News24.az bildirir ki, məsələ ilə bağlı İcra Hakimiyyətindən Yenisabah.az-a bildirilib ki, yayılan xəbər həqiqətə uyğun deyil və başçısı Vidadi İsayevə töhmət verilməyib:

“10 İyul 2024-cü il tarixdə “Bu rayonun icra başçısına töhmət verildi” başlığı altında paylaşılan xəbərə cavab olaraq bildiririk ki, Bərdə rayon İcra Hakimiyyətinin başçısına töhmət verilməyib. Paylaşılan xəbər heç bir həqiqətə uyğun deyil, dezinformasiya xarakterlidir”.

Xatırladaq ki, Vidadi İsayev prezidentin 3 mart 2011-ci il tarixli sərəncamı ilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.