Prezident İsmayıllıya yeni təyin olunmuş icra başçısına TÖHMƏT VERDİ
    • 21-04-2020, 18:16
    • 1 230

Prezident İsmayıllıya yeni təyin olunmuş icra başçısına TÖHMƏT VERDİ

Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına töhmət elan edilməsi haqqında sərəncam imzalayıb.

News24.az xəbər verir ki, sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.

Qeyd edək ki, N.Bağırov Prezident İlham Əliyevin bu il martın 5-də imzaladığı sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.