Alpinist 22 ildən sonra tapıldı - FOTO
    • 10-07-2024, 23:59
    • 578

Alpinist 22 ildən sonra tapıldı - FOTO

22 il əvvəl Peruda qar uçqunu altında qalan amerikalı alpinistin cansız cəsədi tapılıb. 58 yaşlı Uilyam Stampfl 2002-ci ildə Perunun ən hündür dağı Huaskarana dırmaşmağa çalışıb.

News24.az xəbər verir ki, onun məqsədi And dağlarında, 6768 metr yüksəklikdəki dağın zirvəsinə qalxmaq olub. Stampfl iki dostu ilə birlikdə dırmaşarkən baş verən uçqun altında qalıb.

Amerikalı alpinistin cansız cəsədi düz 22 il sonra, buzlaqlar çəkilən zaman üzə çıxıb.

Polis Stampflın cəsədinin iyulun 5-də 5200 metr yüksəklikdə tapıldığını açıqlayıb.

Qeyd edək ki, yanında gəzdirdiyi pasport və sürücülük vəsiqəsi sayəsində şəxsiyyəti müəyyənləşdirməyin çox asan olduğu açıqlanıb.

Stampflın bədəni və paltarının buz və dondurucu soyuqdan yaxşı qorunduğu bildirilir.

Amerikalı alpinistin cəsədi bələdçilərin müşayiəti ilə dağdan endirilib. Stampflın dostlarından birinin cansız cəsədi uçqundan az sonra tapılıb. Onun digər dostu hələ də tapılmayıb.

Günel Məlikzadə