İranda Türk Hava Yolları KRİZİ
    • 10-07-2024, 18:24
    • 209

İranda Türk Hava Yolları KRİZİ

Iranda  əxlaq polisi qadın işçilərin hicab taxmaqdan imtina etməsindən sonra Tehrandakı Türk Hava Yolları ofisini bağlayıb. 

News24.az xəbər verir ki, əxlaq polisi İranda dini və sosial qaydalara əməl edilib-edilmədiyini yoxlayan xüsusi polis bölməsidir. Xüsusilə qadınların hicab taxmaq öhdəliyinə nəzarət edir və qaydalara əməl etməyənləri xəbərdar edir və ya cəzalandırır. 

Qeyri-rəsmi məlumatlara görə, bazar ertəsi polislərin şirkət işçilərinin hicab qaydalarına əməl etmədiyini əsas gətirərək ilk xəbərdarlığı etmək üçün ofisə getdiyi bildirilib.

Lakin İran vətəndaşı olan işçilər polisə müqavimət göstərib və bu, ofisin bağlanmasına səbəb olub. 

Hələki hadisə ilə bağlı Türkiyə Hava Yollarından açıqlama verilməyib.

Məryəm İlhamqızı