Bir-birinə oxşayan insanların DNT-ləri də bənzəyirmi?
    • 10-07-2024, 23:38
    • 325

Bir-birinə oxşayan insanların DNT-ləri də bənzəyirmi?

Həmişə dünyada bir-birinə bənzəyən insanların olduğunu eşitmişik. Mövzu ilə bağlı araşdırmalar bir-birinə bənzəyən insanların DNT-lərinin də oxşar olduğunu kəşf edib. 

News24.az Demokrat.az-a istinadla xəbər verir ki, “Cell Reports” jurnalında dərc edilən məqalə, oxşar olan insanların da genetik olaraq oxşar ola biləcəyini ortaya qoyub. 

Genetika professoru Manuel Esteller və komandası 16 oxşar cütün genomlarını araşdıraraq bu tapıntıları dəstəkləyib. 

Tədqiqatlar göstərir ki, müəyyən genetik variantlar əkizlər kimi fiziki cəhətdən oxşar olan insanlar arasında da görünüb. 

Xüsusilə, SNP-lər (tək nukleotid polimorfizmləri) üzərində aparılan təhlillər bu cütlərin DNT-lərində ortaq nöqtələrin olduğunu ortaya qoyub.

Araşdırmalar bu insanların genetik oxşar fiziki xüsusiyyətlər və hətta davranış xüsusiyyətləri ilə əlaqəli ola biləcəyini göstərib. 

Məsələn, onların oxşar çəkisi və bəzi həyat tərzi üstünlüklərini bu genetik oxşarlığın əksi kimi qəbul edə bilərik.

Bu nəticələr məhkəmə tibb də daxil olmaqla geniş tətbiqlərə malikdir. Məsələn, DNT və üz analizlərini məhkəmə tibbdə identifikasiya və ya xəstəlik risklərinin erkən aşkarlanması kimi sahələrdə birləşdirmək bu mövzuda irəliləyiş əldə edə bilər.