-
- 13-02-2023, 13:33
- 281
Zəlzələ qorxusunu necə dəf etmək olar? - Ekspert AÇIQLADI
“Zəlzələ təbii fəlakətdir və heç bir dövlət bundan sığortalanmayıb. Hazırkı dönəmdə insanların bu cür analogiya aparması başadüşüləndir”.
Bunu News24.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib.
O bildirib ki, Türkiyədə baş verən zəlzələ Azərbaycanda da insanlarda müəyyən qədər təşviş, stres və psixoloji sarsıntılar yaşatdı: “Vətəndaşlarımızın bir qismində narahatlıq var ki, oxşar hadisə Azərbaycanda baş verərsə, bizim aqibətimiz necə olacaq?! Zəlzələ təbii fəlakətdir və heç bir dövlət bundan sığortalanmayıb. Hazırkı dönəmdə insanların bu cür analogiya aparması başadüşüləndir. Yaxşı olardı ki, onlar Türkiyədəki zərərçəkənlərə yardıma fokuslansınlar. İnsanların həmrək olması həm psixoloji dayanıqlılığın artmasına, həm də insanlaın mənəvi cəhətdən rahat olmasına yardımçı olur. Vətəndaşlarda olan bu narahatlıq bir müddət sonra səngiyəcək”.
Psixoloq əlavə edib ki, narahatlığın artma səbəbi sosial şəbəkələrdə, mətbuatda müzakirə olunması və bununla bağlı müxtəlif fikirlərin səsləndirilməsidir: “Bu cür müzakirələr insanlarda həyəcan-təşviş pozuntusu, meteohəssas insanlarda müəyyən narahatlıqlar yaradır, insanların psixologiyası və həyat keyfiyyətinə mənfi təsir göstərir. Həssas dönəmdən keçirik. Bu dönəmdə insanların bir-birinə dəstək olması vacibdir. Pozitiv düşüncəyə köklənməliyik".
Qumral Əliyeva