Azarkeşlər və futbolçular arasında dava düşdü
    • 11-07-2024, 19:30
    • 304

Azarkeşlər və futbolçular arasında dava düşdü

Amerika Kubokunda ikinci yarımfinal matçı keçirilib.

News24.az Offsideplus.az-a istinadən xəbər verir ki, final uğrunda Uruqvay və Kolumbiya milliləri qarşılaşıb. Matç ikincilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyundan sonra uruqvaylı futbolçular ilə kolumbiyalı azarkeşlər arasında əlbəyaxa dava olub. Buna səbəb tərəfdarların oyunçulara qarşı nəlayiq hərəkətlər etməsi olub.