Ata qızını silahla YARALADI
    • 11-07-2024, 13:14
    • 237

Ata qızını silahla YARALADI

Kalininqrad vilayətinin sakini iki yaşlı qızının sağlamlığına ciddi ziyan vurduğuna görə mühakimə olunub. 

News24.az xəbər verir ki, bu barədə regional saytda məlumat verilib. 

Hadisə bu il fevralın 8-də Volochaevskoye kəndində baş verib. Həmin gün 40 yaşlı yerli sakin sərxoş olub və əylənmək üçün avtomobilin radiatorunu pnevmatik silahla vurmaq qərarına gəlib.

Kişi avtomobilə atəş açmaq istəsə də, yanlışlıqla kiçik qızının başına dəyib.  

Qızın atası ilkin istintaq mərhələsində günahını etiraf edib. 

Qeyd edək ki, hazırda uşağın həyat və sağlamlığı yaxşı vəziyyətdədir. Atası isə yaxın gələcəkdə məhkəmədə cavab verəcək.

Məryəm İlhamqızı