Yevlaxda 20 yaşlı qızın öldürülməsi ilə bağlı YENİ FAKTLAR
    • 23-02-2023, 11:08
    • 266

Yevlaxda 20 yaşlı qızın öldürülməsi ilə bağlı YENİ FAKTLAR

Fevralın 16-da saat 22 radələrində Yevlax rayonunda  baş verən2003-cü il təvəllüdlü Başxanım Salmanovanın qətlinin üstü açılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, araşdırmalarla 20 yaşlı qızın yetkinlik yaşına çatmayan qardaşı tərəfindən güllələnərək qətlə yetirilməsi məlum olub. Yeniyetmə oğlan saxlanılıb.

Bildirilib ki, hadisə vaxtı bacı-qardaşın atası qohumunun evində qonaq olub. O, qızının oğlu tərəfindən ona məxsus tüfənglə başından vurularaq öldürüldüyünü eşidərək tez-tələsik Y.Məmmədəliyev keçəsindəki evinə gəlib. Bu zaman kişi ilə orada xidmət aparan polislər arasında münaqişə də baş verib.

Münaqişə yaratdığına görə, qətlə yetirilən qızın atası da saxlanılıb. Yevlax rayon Məhkəməsinin qərarı ilə o, inzibati məsuliyyətə cəlb edilib. Barəsində protokol tərtib edilən 47 yaşlı S.Salmanova 8 sutka inzibati həbs cəzası verilib.

Taleh BAĞIROV