Xalq artistinin qızı ilə bağlı YENİ XƏBƏR
    • 12-07-2024, 11:06
    • 728

Xalq artistinin qızı ilə bağlı YENİ XƏBƏR

Xalq artisti Zülfiyyə Xanbabayevanın qızı tələbə adını qazanıb.

News24.az Modern.az-a istinadla xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. O qeyd edib ki, qızı ADA Universitetinə qəbul alıb.

Z. Xanbabayeva sevincini belə ifadə edib: “Arzularım, xəyallarım, dualarım, varlığım! Dənizim! Sən bizə Allahın bir lütfüsən! Səni yaradana qurban olum!

Balam, Dənizim bu gündən tələbə oldu! Əziz, doğma müəllimlərimiz! Hər birinizə minnətdarıq!

Bu gün tələbə adını qazanan bütün övladlarımızı ürəkdən təbrik edirəm! Gözəl gözlü Dənizim, yolun açıq olsun!”