Məşhur cütlüyün toyundan ilk şəkillər
    • 12-07-2024, 11:09
    • 729

Məşhur cütlüyün toyundan ilk şəkillər

Aktrisa Melisa Aslı Pamuk və futbolçu Yusuf Yazıcı keçən may ayında süpriz şəkildə evləniblər.

News24.az xəbər verir ki, Melisa Aslı Pamukun sosial media hesabında soyadını dəyişməsi izləyicilərindən də yan keçməyib. 2011 Miss Turkey Pamuk sosial media hesablarında soyadını "Yazıcı" olaraq dəyişib.

Məşhur cütlük Parisdə ailə qurub.

İkili toydan ilk fotoları sosial şəbəkədə izləyiciləri ilə paylaşıb.

Cütlüyün paylaşımına minlərlə bəyənmə və şərh gəlib.

Günel Məlikzadə