-
- 12-07-2024, 11:33
- 482
İlayda Alişan və Oğulcan Engindən "Evlilik" cavabı! "Bizi utandırmayın"
Keçən il başlayan münasibətləri ilə tez-tez gündəmə gələn Oğulcan Engin və sevgilisi İlayda Alişan ötən gün iştirak etdikləri tədbirdə görünüblər.
News24.az xəbər verir ki, ikili jurnalistlərlə söhbət edib və "evlilik" suallarından yayına bilməyib.
Jurnalistlər “Oğulcan bəy, xeyirli uğurlu olsun, münasibətiniz çox yazılıb və danışılıb. Nə demək istərdiniz?” sualına cavab olaraq "konsertə gecikdik, lakin biz İlayda ilə dost idik və dostluğumuz sevgiyə çevrildi",- deyə qeyd edib.
Aşiqlər evlilik suallarına belə cavabı veriblər:
"İkimizi də utandırmayın. Evliliyə baxışımız yaxşıdır, amma bizi utandırmayın".
Məryəm İlhamqızı