Ebru ilə Oğulcan sevgilidir? - SEDA SAYAN AÇIQLADI
    • 7-01-2020, 13:53
    • 928

Ebru ilə Oğulcan sevgilidir? - SEDA SAYAN AÇIQLADI

Bir neçə gündür Türkiyə mediasında aktrisa Ebru Şahinlə müğənni Seda Sayanın oğlu Oğulcan Enginle sevgili olduqları haqda dedi-qodular gəzir.

News24.az xəbər verir ki, Oğulcanın anası Sayan gəzən bütün şaiyələrə son qoyaraq xəbəri təqzib edib: "Bu xəbər yalandır. Necə çıxdığını inanın ki, bilmirəm. Ebrunu nəinki mən, heç oğlumda tanımır. Amma onu bir aktrisa kimi çox bəyənirəm".

Qeyd edək ki, Ebru Şahin Türkiyədə yayımlanan və reytinq rekordları qıran "Hercai" serialının baş rol ifaçısısıdır.

Sevda Bayramova