10 uşaq atası evləndi
    • 13-07-2024, 12:35
    • 3 008

10 uşaq atası evləndi

Məşhur komediya ustası və aktyor Eddi Merfi evlənib. 

News24.az xəbər verir ki, 63 yaşlı aktyor Karib dənizində Peyc Butçerlə ailə həyatı qurub.

44 yaşlı model və aktrisa 2018-ci ildə nişanlanıb. Cütlüyün İzzi Oona və Maks Çarlz adlı iki övladı var.

Qeyd edək ki, toy mərasimi Karib dənizinin Anqiilla adasında cütlüyün ailəsi və yaxın dostlarının iştirakı ilə baş tutub. Mörfi Brioni tərəfindən hazırlanmış kostyum geyinərkən, məşhur model Mira Zvilinqerin krujevalı gəlinlik geyinib.

Aktyor sonuncu dəfə Netflix-in Beverly Hills Polisi: Axel F ilə gündəmdə olub.

Bildirək ki, Mörfinin ümumilikdə 10 uşağı var. Aktyorun böyük övladının 34 yaşı var.

Günel Məlikzadə