Bu il valideyn olan Bollivud ulduzları - FOTO
    • 23-12-2018, 11:44
    • 2 099

Bu il valideyn olan Bollivud ulduzları - FOTO

2018-ci il hind aktyorlarının təkcə toyları ilə deyil, həm də ailə üzvlərinin artımı ilə yadda qalıb.

News24.Az bu il valideyin olan Bollivud məşhurlarını təqdim edir:

Aktyor Şahid Kapur - özündən 13 yaş kiçik Mira Racpurla 2015-ci ildə ailə quran Bollivudun yaraşıqlı aktyoru  bu il 2-ci dəfə ata olub. Övladının oğlan olacağını bilən Şahid doğuma qədər həyat yoldaşını müxtəlif hədiyyə yağışına tutub. 

Uşaq bu ilin 5 sentyabrında dünyaya gəlib. Adını Zeyn Kapur qoyublar. Doğuşdan sonra 2 ay oğlunun üzünü göstərməyən cütlüyün nəhayət noyabrda ilk dəfə sosial şəbəkələrdə körpələrinin ilk fotosu yayımlanıb. 

Zahidin dünyaya gəlişindən sonra Ş. Kapur jurnalistlərə açıqlama verərək, nəhayət ailə üzvlərinin tamamlandığını bildirib. 

Xatırladaq ki, cütlüyün 2016-cı ilin 26 avqustunda dünyaya gəlmiş Mişa adlı böyük qızları var. 



Aktrisa Neha Dhupiya - 38 yaşlı Hindistan gözəli və aktrisa bu ilin noyabrın 18-si ana olub. Qız anası olan Neha uşağın adını Mehru qoyub. Qızının atası - həyat yoldaşı 35 yaşlı aktyor Anqad Bedidir. 

Mehru məşhur cütlüyün ilk övladıdır. Analıq hissinin şirinliyini yaşayan N. Dhupiya sosial şəbəkə hesabında tez-tez körpəsinin fotolarını paylaşır.



News24.Az