Kim Kardaşyan üzünə qızılbalıq sperması vurdurdu
    • 13-07-2024, 20:37
    • 566

Kim Kardaşyan üzünə qızılbalıq sperması vurdurdu

Televiziya ulduzu Kim Kardaşyan daha gənc görünüş əldə etmək üçün qeyri-adi üsula müraciət edib.

News24.az Medicina.az-a istinadən xəbər verir ki, 43 yaşlı Kardaşyan üzünə qızılbalıq sperması ineksiya etdirdiyini açıqlayıb.

Qeyd edək ki, balıq sperması ilə üz baxımı Koreyada illərdir populyardır. Kollagen istehsalını artırmaq, hüceyrə yenilənməsini sürətləndirmək və piqmentasiya problemlərinə kömək etmək üçün bu üsuldan istifadə edilir.

Daha öncə 55 yaşlı aktyrisa Cennifer Eniston da bu müalicəni sınayıb. O, 2023-cü ildə “Wall Street Journal”a verdiyi müsahibədə bununla bağlı təcrübəsini paylaşıb. Aktrisa müalicənin dərisində heç bir ciddi dəyişikliyə səbəb olmadığını bildirib.