İbrahim Tatlısəs əməliyyat olundu
    • 14-07-2024, 14:51
    • 398

İbrahim Tatlısəs əməliyyat olundu


Türkiyəli müğənni İbrahim Tatlısəs ötən gün əməliyyat olunub.

News24 az  axşam.az-a istinadən bildirir ki, 72 yaşlı sənətçinin ürək qapağı dəyişdirilib. 2,5 saat davam edən əməliyyat uğurla keçib.

Sənətçinin keçmiş həyat yoldaşları Derya Tuna və Ayşegül Yıldızdan başqa, övladları Ahmet Tatlısəs, İdo Tatlısəs, Zübeyde Mələk Akkaş və Elif Ada Tatlısəs də xəstəxanada müğənnini tək qoymayıblar.

Hazırda səhhəti yaxşı olan Tatlısəs bir neçə gün sonra evə buraxılacaq.