İsraildə atışma nəticəsində 4 nəfər yaralandı
    • 14-07-2024, 19:00
    • 160

İsraildə atışma nəticəsində 4 nəfər yaralandı


Təl-Əvivin cənub-şərqində bir qrup insana atışma və avtomobil hücumu nəticəsində ən azı 4 nəfər yaralanıb.

News24.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə İsrail televiziyasnını "12-ci kanalı" bildirib.

Məlumata əsasən, iki nəfərin vəziyyəti ağır, digərinin vəziyyəti orta-ağırdır. Yarananlar arasında uşaq da var.

İlkin məlumatlara görə, hadisə İsrail Müdafiə Qüvvələrinin kazarmalarından birinin yaxınlığında baş verib. Hücum edən şəxs təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

Polis hadisənin başvermə şəraitini araşdırmağa davam edir. Hadisə yerinə polis helikopteri göndərilib.