Şərqi Yerusəlimdə atışma oldu, iki nəfər yaralandı
    • 28-01-2023, 13:38
    • 235

Şərqi Yerusəlimdə atışma oldu, iki nəfər yaralandı

İsraildə Şərqi Yerusəlimin David şəhərində bu gün atışma baş verib və nəticədə iki nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Nəşr qeyd edib ki, insindent şəhərin turistlər arasında məşhur olan və arxeoloji qazıntılar aparılan hissəsində baş verib. Hadisə yerinə gələn polis atəş açan şəxsi zərərsizləşdirib.

Xatırladaq ki, dünən İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum olub və nəticədə 7 nəfər ölüb, 3 nəfər isə yaralanıb.//apa.az