Hərbi bazada ATIŞMA - ÖLƏNLƏR VAR
    • 5-12-2019, 11:02
    • 676

Hərbi bazada ATIŞMA - ÖLƏNLƏR VAR

Hərbi bazada silahlı atışma hadisəsi baş verib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin "Pearl Harbour" bazasındakı gəmiqayırma zavodunda dənizçi atəş açmağa başlayıb. 

Hücum nəticəsində 3 nəfər yaralanıb. Xəstəxanaya yerləşdirilən yaralılardan ikisi ölüb. Hadisəni törədən şəxs isə intihar edib. İlkin məlumatlara görə, qurbanların hamısı mülki şəxslərdir. Onlardan ikisinin vəziyyəti ağırdır. Baza Honolulu (Havay) şəhərinin yaxınlığında yerləşir. Hadisə ilə əlaqədar əraziyə giriş müvəqqəti bağlanıb.

Hərbçilər baş verən hadisəni təsdiqləyiblər. Araşdırma aparılır.