Türkiyədən İsraillə bağlı dünyaya çağırış...
    • 14-07-2024, 20:55
    • 1 594

Türkiyədən İsraillə bağlı dünyaya çağırış...


Beynəlxalq ictimaiyyət Qəzza zolağında atəşkəs məsələsində İsrailə təzyiq göstərməlidir.

News24.az Axar.az,-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"İsrailin Qəzzada atışmanı dayandırmaq istəyi yoxdur. Onun HƏMAS-ın atəşkəs təklifindən imtina etməsi çıxılmaz vəziyyət yaradıb. Mən beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıram. Münaqişənin genişlənməsi, Qəzzadakı hər hansı yanlış addım qarşısıalınmaz nəticələrə gətirib çıxara bilər”, - deyə Fidan səudiyyəli həmkarı şahzadə Faysal bin Fərhan Əl Səud ilə danışıqlardan sonra bildirib.