Novxanıda böyük tıxac yarandı
    • 14-07-2024, 21:25
    • 377

Novxanıda böyük tıxac yarandı


Axşam saatlarında Novxanı yolunda böyük tıxac yaranıb.

News24.az Report-a istinadən xəbər verir ki, Novxanıdan Sumqayıt şəhəri istiqamətində artıq bir saatdır ki, nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Qeyd olunub ki, tıxaca səbəb dənizə istirahətə gələn şəxslərin sayının çox olmasıdır. Nəticədə avtomobillərin sayı artıb və yolda nəqliyyatın hərəkəti çətinləşib.