Həmin sui-qəsdçi bu klubun üzvü olub
    • 15-07-2024, 08:21
    • 227

Həmin sui-qəsdçi bu klubun üzvü olub


Atıcılıq klubunun rəhbəri Bill Sellito bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsddə şübhəli bilinən Tomas Metyu Kruks rəhbərlik etdiyi qurumun üzvü olub.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə CBS News xəbər verir.

Sellito insidentlə bağlı araşdırmaya qədər əlavə şərh verməkdən imtina edib.

Xatırladaq ki, Donald Trampa sui-qəsd iyulun 13-ü axşam saatlarında baş verib. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən götürülüb və xəstəxanaya yerləşdirilib. Müalicə aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb.