Baş Nazir istefa VERDİ
    • 15-07-2024, 14:08
    • 498

Baş Nazir istefa VERDİ

Estoniyanın baş naziri Kaja Kallas Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi seçildikdən sonra baş nazir vəzifəsindən istefa verib.

News24.az xəbər verir ki, istefa məktubunu prezident Alar Karisə çatdıran Kallas yeni baş nazir vəzifəyə başlayana qədər hökumətin başçısı olmağa davam edəcək.

2021-ci ildən Estoniyanın baş naziri vəzifəsini icra edən Kallas ardıcıl üç hökumətə rəhbərlik edib. 

Kallasın eyni zamanda, yayın sonunda İslahat Partiyasının sədri vəzifəsindən də istefa verəcəyi qeyd edilib.

Bildirilib ki, prezident Karis partiyalarla görüşlər keçirib hökuməti formalaşdırmaq tapşırığını onlara verəcək.

Yeni hökumətin avqustun əvvəlində vəzifəyə başlayacağı gözlənilir.

Məlumat üçün qeyd edək ki, Kallas iyunun 28-də Aİ liderləri tərəfindən Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi seçilib.

Məryəm İlhamqızı