-
- 18-02-2024, 22:39
- 316
Rusiyanın bu qərarından qorxmuram - Baş nazir
Estoniyanın Baş naziri Kaya Kallas Rusiya Daxili İşlər Nazirliyinin onun barəsində axtarış elan edilməsi ilə bağlı qərarından qorxmadığını bildirib.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə o, Münhen təhlükəsizlik konfransı çərçivəsində “Röyters” agentliyinə müsahibəsində deyib.
“Bu hərəkət məni qorxutmaq, başqa cür verəcəyim qərarlardan çəkinmək məqsədi daşıyır. Ancaq bu, Rusiyanın ssenarisidir. Bunda təəccüblü heç nə yoxdur və biz qorxmuruq”, - Kallas deyib.
Qeyd edək ki, fevralın 13-də Rusiya Daxili İşlər Nazirliyi Kaya Kallas və Estoniyanın dövlət katibi Taymar Peterkopu axtarışa verib.